Xalq artisti İslam Rzayevin 90 illik yubileyi qeyd olunacaq
sizinxeber.az xəbər saytı

Xalq artisti İslam Rzayevin 90 illik yubileyi qeyd olunacaq


"Şöhrət" ordeni laureatı, Xalq artisti İslam Rzayevin 90 illik yubileyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində xatirə gecəsi təşkil olunacaq.

APA xəbər verir ki, iyunun 30-u, saat 19:00-da keçiriləcək tədbirdə İslam Rzayevin tələbələri, görkəmli xanəndələr, sənət adamları çıxış edəcəklər.

Qeyd edək ki, İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib. 1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti kimi fəaliyyətə göstərib. İslam Rzayevin təşəbbüsü ilə 1989-cu ildə Bakıda ilk Dövlət Muğam Teatrı yaradılmışdır. Həyatının sonunadək Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. 70-dən artıq qastrol səfərlərində olub, Fransa, İngiltərə, İran, İraq, Əlcəzair, Türkiyə, İsrail, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil edib. Xanəndə 26 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Xalq artisti Şəfiqə Məmmədovanı 80 illik yubileyi münasibətilə təbrik edib
Xalq artisti Şahlar Quliyev dəfn olunub - FOTO
Gəncə Dövlət Filarmoniyasında Ramiz Mirişlinin 90 illik yubileyi qeyd olunub
Xalq artisti Şahnaz Haşımovanın yaradıcılıq gecəsi keçiriləcək
Adil Kərimli: Yuğ Teatrının bina problemi qısa zamanda həll ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər