Bakıda şapito quraşdırılacaq
Bakıda Budapeşt Sirkinin təcrübəsindən istifadə edilərək şapito quraşdırılacaq.
“Report”un məlumatına görə, Bakı Dövlət Sirkinin direktor əvəzi Nahid Ağayev Macarıstanın paytaxtı Budapeştə işgüzar səfəri zamanı sirkin direktoru Peter Fekete ilə bununla bağlı müzakirələr aparıb.
Bildirilib ki, şapito yaxın zamanda Bakıya gətiriləcək.
Danışıqlar zamanı həmçinin yeni əməkdaşlıq münasibətləri də müzakirə olunub.
Bakı Dövlət Sirki ilə Budapeşt sirki arasında bağlanılan əməkdaşlıq müqaviləsində sirk məktəbinin Bakıda fəaliyyətinə dair təcrübə mübadiləsi də xüsusi bəndlə qeyd olunub.
Budapeşt Sirkinin direktoru Peter Fekete bildirib ki, Bakı Dövlət Sirki qurulan sıx əməkdaşlıq münasibətlərində Budapeşt sirk proqramlarının Azərbaycanda nümayiş olunması əsas hədəflərdəndir.
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib
Bakıda dünyaca məşhur sirk rəhbərlərinin mətbuat konfransı keçirilib - FOTO
Yaxın vaxtlarda Bakı Dövlət Sirkinin yeni şapitosu istifadəyə veriləcək
Budapeşt Aİ-dən subsidiya almaq hüququnu itirib
Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













