Akademik Rus Dram Teatrı Şəkidə qastrolda olub - FOTOLENT
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxt teatrlarının bölgələrə qastrol səfərləri davam edir.
APA xəbər verir ki, oktyabrın 17-də aksiya çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi Şəki şəhərində A.S.Puşkinin “Balıqçı və balıq haqqında nağıl” əsərinin motivləri əsasında hazırlanmış tamaşanı təqdim edib.
Tamaşanın quruluşçu rejissoru və xoreoqrafı Raulya Turkkan, səhnə tərtibatçısı Səmra Axundova, kostyum üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.
Şəkili sənətsevərlər tamaşanı böyük maraqla qarşılayıblar. Şövqlü aktyor oyunu, nağılvari dekorasiya, təsirli musiqi tamaşaçılara unudulmaz anlar yaşadıb.
Qeyd edək ki, ötən ilin əvvəllərindən həyata keçirilən qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Oxşar xəbərlər
Laçın Şəhəri Günü münasibətilə ustad dərsləri keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
"İblis və..." tamaşasının premyerası Sankt-Peterburqda olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Gəncə Dövlət Filarmoniyasında çıxış edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə Dövlət Filarmoniyasında "Bakıdan Gəncəyə" klassik musiqi gecəsi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Min bir gecə” baleti Pekində nümayiş olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












