Bakıda “Dəyişən iqlim şəraitində ekoloji cəhətdən davamlı su idarəetməsi” mövzusunda tədbir keçirilib
sizinxeber.az xəbər saytı

Bakıda “Dəyişən iqlim şəraitində ekoloji cəhətdən davamlı su idarəetməsi” mövzusunda tədbir keçirilib


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov COP29 çərçivəsində Rusiya Federal Su Ehtiyatları Agentliyinin təşkil etdiyi “Dəyişən iqlim şəraitində ekoloji cəhətdən davamlı su idarəetməsi” mövzusunda keçirilən tədbirdə iştirak edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb.

Məlumata görə, Z.Mikayılov qlobal çağırışlar və strateji prioritetlər, Azərbaycan və Rusiya arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq, davamlı və inteqrasiyalı su ehtiyatlarının idarə edilməsinin inkişafı, eləcə də dəyişən iqlim şəraitində adaptiv su idarəetmə modelləri mövzularında çıxış edib.

Sədr beynəlxalq əməkdaşlığın gücləndirilməsi, ekoloji tarazlığın uzunmüddətli qorunması istiqamətində Agentliyin mühüm təşəbbüslər həyata keçirdiyini vurğulayıb.

Oxşar xəbərlər

ADSEA-nın rəhbəri və Rusiya Su Ehtiyatları Agentliyinin sədri arasında görüş keçirilib
Azərbaycan və Türkiyə su ehtiyatlarının idarə edilməsində əməkdaşlıq edəcək
Zaur Mikayılov: “Təmiz içməli suya çıxış ekoloji tarazlığın saxlanılması üçün vacibdir”
Zaur Mikayılov: "Davamlı su idarəçiliyi yalnız dövlətin siyasətindən asılı deyil"
Azərbaycan Rusiya ilə Xəzərdəki ekoloji problemlərin həllini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle