Azərbaycan və Türkiyə su ehtiyatlarının idarə edilməsində əməkdaşlıq edəcək
Azərbaycan və Türkiyə su ehtiyatlarının idarə edilməsində əməkdaşlıq perspektivlərini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Türkiyənin Dövlət Su İşləri Baş İdarəsinin rəisi Mehmet Akif Balta arasında keçirilən görüşdə fikir mübadiləsi aparılıb.
Görüş zamanı su təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparılıb.
Əlavə olaraq, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsirlərinin azaldılması istiqamətində tədbirlər, sərhədyanı su ehtiyatlarının idarə olunması, regional əməkdaşlıq və gələcək layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Oxşar xəbərlər
ADSEA sədri Türkiyənin Su İşləri Baş İdarəsinin rəisi ilə görüşüb
Azərbaycan və Macarıstan maliyyə sektorunda əməkdaşlığı müzakirə edib
ADSEA-nın rəhbəri və Rusiya Su Ehtiyatları Agentliyinin sədri arasında görüş keçirilib
Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə NATO-nun dəstəyi müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
