Fuad Nağıyev: “Turizmin qlobal iqlim strategiyalarına inteqrasiyası üçün yol xəritəsi müəyyən ediləcək”
sizinxeber.az xəbər saytı

Fuad Nağıyev: “Turizmin qlobal iqlim strategiyalarına inteqrasiyası üçün yol xəritəsi müəyyən ediləcək”


COP29 çərçivəsində qəbul ediləcək “Turizmdə Genişləndirilmiş İqlim Fəaliyyəti Bəyannaməsi” turizmin qlobal iqlim strategiyalarına inteqrasiyası üçün aydın yol xəritəsini müəyyən edəcək.

"Report" xəbər verir ki, bunu Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev COP29 çərçivəsində keçirilən Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə deyib.

O, vurğulayıb ki, COP tarixində ilk dəfə olaraq turizm tədbirini gündəminə daxil edib. O qeyd edib ki, qlobal turistlərin sayı artmaqda davam edir və əgər təcili tədbirlər görülməzsə, sektorun emissiyaları da artacaq: “Bu gün biz bir yolayrıcındayıq. Turizm sektoru ya biznesin adi gedişatını davam etdirə bilər, ya da aşağı karbonlu və bərpaedici gələcəyə keçidi təmin edə bilər. Biz inanırıq ki, turizm həllin bir hissəsi ola bilər”.

Sədrin sözlərinə görə, COP29 çərçivəsində qəbul ediləcək “Turizmdə Genişləndirilmiş İqlim Fəaliyyəti Bəyannaməsi” turizmin qlobal iqlim strategiyalarına inteqrasiyası üçün aydın yol xəritəsini müəyyən edəcək. Bu sənəd milli hökumətləri, özəl sektoru və vətəndaş cəmiyyətini birgə fəaliyyətə və transformativ dəyişikliklərə təşviq edir.

O, Azərbaycanın dayanıqlı turizmi qlobal səviyyədə irəlilətmək üçün səylərini davam etdirdiyini vurğulayıb: “Sektorlar, sərhədlər və nəsillər arasında əməkdaşlıq etməklə turizm sektorunu dünyanın iqlim reaksiyasında xeyirli bir gücə çevirə bilərik. Bu istiqamətdə müzakirələrin məhsuldar olacağına inanırıq”.

Oxşar xəbərlər

UNEP icraçı direktoru: Turizm də iqlim dəyişikliyinin qurbanıdır, hərəkətə keçməliyik
Azərbaycanla Türkiyə arasında turizm əməkdaşlığı haqqında saziş imzalanıb
Dövlət Turizm Agentliyi sağlamlıq turizminə dair imkanları qiymətləndirib
Azərbaycan Serbiya ilə turizmin inkişafı üzrə memorandum imzalayacaq
Şahab Şayan: "Azərbaycan COP29 təcrübəsini davamlı turizmi gücləndirmək üçün istifadə edə bilər"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle