UNEP icraçı direktoru: Turizm də iqlim dəyişikliyinin qurbanıdır, hərəkətə keçməliyik
sizinxeber.az xəbər saytı

UNEP icraçı direktoru: Turizm də iqlim dəyişikliyinin qurbanıdır, hərəkətə keçməliyik


“Turizm iqlim dəyişikliyinin qurbanıdır”.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə UNEP-in icraçı direktoru İnger Andersen deyib.

“COP29 prezidentliyinin ilk dəfə olaraq iqlim dəyişikliyi kontekstində turizm məsələsini qətiyyətlə qoyması məni çox heyran etdi. Düşünürəm ki, bu vacibdir, çünki emissiyaların boşluq hesabatı bizə deyir ki, hazırda düzgün istiqamətdə getmirik. 2030-cu ilə qədər görməli olduğumuz şey budur ki, temperaturun 1,5 dərəcədə qalmasını istəyiriksə, emissiyalarımızı 41 faiz azaltmalıyıq. Bu, bizə beş il vaxt verir, lakin bu, qismən mümkündür”, - o deyib.

İnger Andersen bildirib ki, turizm sektoru bütün qlobal emissiyaların 8,8%-nin məsuliyyətinə malikdir və bunun 70%-i nəqliyyatdan gəlir: “Biz bunu başa düşməliyik, çünki zövq almaq üçün gözəl yerlərə səyahət edirik. Və həmən yerlərin həmişə belə gözəl qalmasını istəyirlər. Açıq deyim ki, turizm də iqlim dəyişikliyinin qurbanıdır və bunun üçün hərəkətə keçməliyik”.

Oxşar xəbərlər

Muxtar Babayev: Azərbaycan COP29-da bütün maraqlı tərəflərin səslərini əks etdirməsi üçün fəal çalışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin Rezident Əlaqələndiricisi: Azərbaycanda COP29-a hazırlıqlar çox yaxşı gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNEP rəsmisi: "2050-ci ilə qədər bərk məişət tullantıları 85 % artacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: İKT sektoru qlobal emissiyaları minimuma endirmək üçün hərəkətə keçməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qlobal səfir: İqlim dəyişikliyinin təsirlərinə qarşı QHT-lər bir araya gəlməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər