Panafrikan Alyansı: Region ölkələrinə iqlim öhdəliklərini yerinə yetirmək üçün 3 trilyon dollar lazımdır
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Afrika ölkələrinin əsas gözləntilərindən biri yeni kollektiv, kəmiyyətcə ifadə olunan maliyyə hədəfinin müəyyən edilməsidir.
“Sizinxeber.az” xəbər verir ki, bunu iqlim konfransının üçüncü günündə İqlim dəyişikliyi sahəsində ədalət üzrə Panafrikan Alyansının nümayəndəsi Çarlz Piter Mvangi Nyambura jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yeni maliyyə hədəfinə diqqətin yetirilməsi Afrika qitəsinin iqlim dəyişikliyinin ciddi nəticələri ilə üzləşməsinə görədir: "Bu ciddi nəticələr insanların ölümünə və s. səbəb olur. Qitədə uyğunlaşma son dərəcə vacibdir. Buna görə də biz ona resursların ayrılmasını xahiş edirik, çünki hökumətlərimiz ÜDM-in 5-9 faizini uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsinə xərcləyir. Xüsusilə inkişaf proqramlarımızın həyata keçirilməsi üçün milli səviyyədə müəyyən edilmiş töhfələr də daxil olmaqla xarici resurslara ehtiyac var".
Alyans nümayəndəsi vurğulayıb ki, Afrika qitəsində Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDCs) həyata keçirilməsi üçün 3 trilyon ABŞ dolları tələb olunur: "Bu vəsaitin xarici mənbələrdən gələcəyi gözlənilir, çünki daxili vəsait kifayət deyil. Biz bu resursları tələb etmişik.
Beləliklə, Afrika yeni kollektiv maliyyələşdirmə hədəfinə çatmaq üçün 1,3 trilyon ABŞ dolları axtarır. Bizi bura gətirən də budur. Bəyan edirik ki, uyğunlaşma qitə üçün əsas prioritetdir".
Oxşar xəbərlər
İtaliya rəsmisi: "İqlim dəyişikliyi ilə mübarizəyə 1 trilyon dollardan çox pul lazımdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransanın energetika naziri: Praqmatik iqlim maliyyəsi yaratmağa ümid edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saymon Stil: Qlobal əməkdaşlıq nəticələr əldə etməyin yeganə yoludur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saymon Stil: İqlim maliyyəsi məsələsi Bakıda keçiriləcək COP29-da həll oluna bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












