Saymon Stil: Qlobal əməkdaşlıq nəticələr əldə etməyin yeganə yoludur
Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əsas diqqət iqlim tədbirlərinin həyata keçirilməsi yollarına yönəldiləcək.
"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-COP29) deyib.
O vurğulayıb ki, qlobal əməkdaşlıq nəticələr əldə etməyin yeganə yoludur: “Qəbul etməli olduğumuz qərarlar bütün ölkələrin öz iqlim məqsədlərinə çatmaq imkanını necə təmin edə biləcəyimizi müəyyən edəcək”.
S.Stil, həmçinin beynəlxalq ictimaiyyəti və tərəfləri əməkdaşlığa çağırıb. Bundan əlavə o, Pre-COP29-un nəticələr əldə etməyə kömək edəcəyinə və qarşıdan gələn sessiya üçün əsas rol oynayacağına ümid etdiyini bildirib.
Oxşar xəbərlər
Saymon Stil: Maliyyə iqlim gündəliyində ən vacib mövzulardan biridir
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
