Fransanın energetika naziri: Praqmatik iqlim maliyyəsi yaratmağa ümid edirik
sizinxeber.az xəbər saytı

Fransanın energetika naziri: Praqmatik iqlim maliyyəsi yaratmağa ümid edirik


İqlim böhranı bütün dünyada, xüsusən də ən həssas ölkələr və cəmiyyətlərdə insanların həyatına mənfi təsir göstərir. Buna görə də, Yeni Kollektiv Kəmiyyət Məqsədləri (NCQGs) üzərində danışıqlar apararkən, iqlim maliyyəsinin praqmatik gələcəyini formalaşdıra biləcəyimizə ümid edirik.

“Sizinxeber.az” xəbər verir ki, bunu Fransanın energetika naziri Olqa Jiverne Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində İqlim və İnkişaf üzrə Nazirlər Görüşündə (C&DM) deyib.

O bildirib ki, Fransa dünyanın ən böyük iqlim donorlarından biridir: “Ölkə hər il azı 6 milyard avro iqlim maliyyəsi təmin edir. Bu resursların üçdə biri uyğunlaşmaya yönəldilir”.

Energetika nazirinin sözlərinə görə, 2022-ci ildə Fransa Yaşıl İqlim Fondu, Uyğunlaşma Fondu və ən az inkişaf etmiş ölkələr Fondu vasitəsilə uyğunlaşma üçün 2,5 milyard avro ayırıb.

Nazir qeyd edib ki, "Uyğunlaşma" adlı xüsusi mexanizm vasitəsilə təmin edilən vəsaitlər ən həssas ölkələrə öz milli uyğunlaşma planlarını hazırlamalarına texniki yardım göstərilməsinə istifadə olunur: “2017-ci ildə işə salındığı vaxtdan bu mexanizm təxminən 700 milyon avro davamlı investisiya cəlb edib”.

Oxşar xəbərlər

Energetika naziri: Fransa hər il ən azı 6 milyard avro iqlim maliyyəsi təqdim edir
Cennifer Morqan: İqlim maliyyəsi Almaniya üçün prioritetdir
Dreli Solomon: İqlim maliyyəsi ada dövlətləri üçün böhranın aradan qaldırılmasında çox mühüm rol oynayır
Dreli Solomon: İqlim maliyyəsi ada dövlətləri üçün böhranın aradan qaldırılmasında mühüm rol oynayır
Boris Titov: İqlim dəyişikliyinə uyğunlaşmaya investisiya yatırmaq üçün biznesin stimullara ehtiyacı var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle