Britaniyanın Baş naziri: İqlim böhranının ön cəbhəsində olan ölkələri dəstəkləməyə hazırıq
Birləşmiş Krallıq bu gün iqlim böhranının ön cəbhəsində duran ölkələri dəstəkləməyə hazırdır.
“Sizinxeber.az”un məlumatına görə, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer COP29 liderləri sammitində çıxışı zamanı bildirib.
"Sentyabrın sonunda Britaniya Dubayda COP28-də əldə edilmiş razılaşmalara uyğun olaraq kömürdən istifadəni dayandıran ilk "G7" iqtisadiyyatı oldu. Biz bütün tərəfləri qarşıya qoyulmuş iddialı hədəfləri yerinə yetirməyə çağırırıq", - deyə o bildirib.
K.Starmer vurğulayıb ki, yeni Nazirlər Kabineti əvvəlki hökumətin üzərinə götürdüyü öhdəlikləri, o cümlədən iqlim maliyyələşdirilməsi məsələsində yerinə yetirməyə davam edəcək. "Bu gün biz London birjasında növbəti onilliklər ərzində müxtəlif ölkələr üçün 75 milyard ABŞ dollarına qədər əlavə iqlim kapitalını səfərbər etməyə kömək edəcək yeni mexanizm işə salırıq", - deyə Baş nazir bildirib.
Siyasətçinin sözlərinə görə, Britaniya və bütün dünyanın müdafiəsi və rifahı hökumətin milli prioritetidir və bunun həyata keçirilməsi üçün bütün zəruri tədbirlər görüləcək.
Oxşar xəbərlər
Rusiyalı deputat: “İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır deyil” [xfgiven_updateblue][/xfgiven_updateblue]
San-Tome və Prinsipi Prezidenti: COP29 1,5°C hədəfinə qlobal sadiqlik üçün mühüm mərhələdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniyanın iqlim məsələləri üzrə naziri Azərbaycana gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: Azərbaycan iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Britaniya İsrail və Çinə sanksiyalar tətbiq edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












