Dünya Bankı inkişaf etməkdə olan ölkələrdə maliyyə institutlarını gücləndirmək istəyir
İnkişaf etməkdə olan ölkələrdə maliyyə institutlarının gücləndirilməsinə diqqət yetirilməlidir və bunun üçün banklara uyğun layihələr hazırlamaq imkanı var.
"Sizinxeber.az" xəbər verir ki, bunu Dünya Bankının Qlobal Enerji və Təbii mənbələr üzrə direktoru Demetrios Papathanasiou noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" adlı tədbirdə bildirib.
O qeyd edib ki, hər il qalıq yanacaqlarına 500 milyard ABŞ dolları vəsait xərclənir: "Biz bu vəsaiti bərpa olunan enerjiyə yönəltməliyik. Bankların ayıracağı pullar isə bərpa olunan enerjiyə keçid zaman üzləşilən maliyyə itkisinin qarşısını almağa və borcların ödənməsinə sərf olunmalıdır. Dünya Bankı da məhz bu məsələ üzərində çalışır. Biz resurslarımızı bunun üçün səfərbər etmişik. Həmçinin Afrikada 300 milyon insanı elektrik enerjisi ilə təmin etməyi hədəfləyən "Missiya 300" proqramına başlamışıq".
Oxşar xəbərlər
Fatih Birol: "Enerji səmərəliliyinin 2 dəfə artırılması ilə bağlı məyusluq yaşayırıq"
Cennifer Li Morqan: "Bərpa olunan enerji ilə bağlı Bakıda daha konkret mesajlar verilməlidir"
IRENA: Bərpa olunan enerji mənbələri üzrə bir-biri ilə əlaqəli şəbəkələr lazımdır
BMT rəsmisi: "Afrika qitəsi üçün enerji ilə bağlı kapital xərcləri ədalətsiz və qeyri-bərabərdir"
Fatih Birol: Bu il də enerji səmərəliliyinin iki dəfə artırılması mümkün görünmür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












