Qlobal İqlim Böhranında Strateji Kommunikasiya üzrə Dəyirmi Masa - "Stratcom Public Forum" keçirilib
sizinxeber.az xəbər saytı

Qlobal İqlim Böhranında Strateji Kommunikasiya üzrə Dəyirmi Masa - "Stratcom Public Forum" keçirilib


İqlim problemlərinin həlli karbon emissiyalarının nəzarətdə saxlanılmasından keçir.

Sizinxeber.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun "Stratcom Public Forum" - Qlobal İqlim Böhranında Strateji Kommunikasiya üzrə keçirilən Dəyirmi Masaya video-müraciətində səsləndirib.

"Türkiyənin "Paris Sazişi"ni imzalamasının ardınca xanım Əminə Ərdoğanın himayəsində irəli sürülmüş "Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə" Türkiyənin bu mövzudakı həssaslığını beynəlxalq müstəviyə daşıdı. 83-dən çox ölkənin imzaladığı bu xoşməramlı bəyənnamə iqlim problemlərinin həllində Türkiyənin öncül rolunu ortaya qoyan ciddi addımdır və uğurlu olacaq", - deyə o qeyd edib.

"Türkiyə iqlim dəyişikliklərinin həllinə yönəlmiş "İqlim qanunu"nun hazırlıqlarına davam edir, 2025-ci ilin ilk rübündə qanun qüvvəyə minəcək", - bunu isə Türkiyə Ətraf-mühit Vəqfinin prezidenti və Ankara Universitetinin Dillər, Tarix və Coğrafiya Fakültəsi Coğrafiya Kafedrasının müəllimi Mehmet Somuncu deyib.

Qeyd edək ki, "Stratcom" İctimai Forumu qlobal qeyri-müəyyənliklərlə mübarizədə strateji kommunikasiya və beynəlxalq əməkdaşlığın əhəmiyyətinə diqqəti cəlb etmək məqsədi daşıyır. Hər il təşkil edilən Beynəlxalq Strateji Kommunikasiya Sammiti (Stratcom Summit) tədbiri çərçivəsində keçirilən "Stratcom" İctimai Forumunda dövlət qurumlarının, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının strateji kommunikasiya ekspertləri və bu sahədə aparıcı alimlər bir araya gəlib qlobal gündəm məsələlərini müzakirə edirlər.

Bugünkü dəyirmi masada "Sıfır tullantı" çərçivəsində iqlim böhranı ilə mübarizədə özəl və ictimai əməkdaşlıq, davamlı enerji və inkişaf, beynəlxalq münasibətlərdə iqlim böhranının səbəb olduğu yeni sınaqlar, Türkiyənin yaşıl inkişafı, ətraf- mühit və iqlim dəyişikliyi problemlərində tərəqqi, cəmiyyətdə "Sıfır tullantı" mədəniyyətinin maarifləndirmə yolu ilə təbliği, iqlim dezinformasiyası ilə mübarizə və iqlim böhranında strateji kommunikasiyanın önəmi kimi məsələlər müzakirə olunub.

Oxşar xəbərlər

Peter Mixalko: COP29 planetin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
DVX: Milli İqlim Dəyişiklikləri Strategiyası üzərində çalışırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə nümayəndə heyəti COP29-da iqlim hədəflərini açıqlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İqlim maliyyəsi iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş danışıqçı COP29-da iştirak edəcək tərəfləri İqlim Şəffaflığına dair Yekun Razılaşmanı imzalamağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər