COP29-da iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi məlum olub
Azərbaycanda 11-22 noyabr tarixlərində keçiriləcək COP29 sammitində iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi məlum olub.
Bu barədə “Sizinxeber.az” ABŞ Dövlət Departamentinin istinadən xəbər verir.
Qeyd olunub ki, 20-dən çox departament, agentlik və təşkilatdan olan yüksək vəzifəli rəsmilərin daxil olduğu nümayəndə heyətinə ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta başçılıq edəcək. Belə ki, rəsmilər iqlim böhranı ilə mübarizədə ABŞ-ın liderlik mövqeyini vurğulamaq və güclü nəticələrinə nail olunması istiqamətində işləmək üçün Bakıya səfər edəcəklər.
Məlumata əsasən nümayəndə heyətinin tərkibində kənd təsərrüfatı katibi Tomas Vilsak, enerji katibi Cennifer Qranholm, prezidentin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi, Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri Brenda Mallori, enerji katibinin müavini David Turk, daxili işlər üzrə katibin fəaliyyətdə olan müavini Laura Daniel Deyvis, dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Yenkins və digərləri daxildir.
Həmçinin nümayəndə heyəti tərkibində iqlim dəyişikliyi, silahlı münaqişə, maliyyə, ərzaq təhlükəsizliyi, gender, qlobal sağlamlıq, ticarət və investisiya, gənclərlə bağlı fəaliyyət göstərən geniş sayda digər ABŞ rəsmiləri də Bakıya səfər edəcəklər.
Oxşar xəbərlər
İtaliyanın Baş naziri COP29-da iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Baş katibinin birinci müavini Azərbaycana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya XİN-in dövlət katibi COP29-un inklüzivliyinə ümid edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin və ya Mişustin COP29-da iştirak etmək üçün Bakıya gələ bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İndoneziya COP29-da ölkə prezidentinin xüsusi nümayəndəsi ilə təmsil olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












