Putin və ya Mişustin COP29-da iştirak etmək üçün Bakıya gələ bilər
sizinxeber.az xəbər saytı

Putin və ya Mişustin COP29-da iştirak etmək üçün Bakıya gələ bilər


Rusiya Prezidenti Vladimir Putin və ya hökumət başçısı Mixail Mişustin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi, prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev deyib.

“Mən prezidentin fərmanı ilə Rusiya nümayəndə heyətinə rəhbərlik edirəm. Amma ümid edək ki, bu il onlardan biri - ya prezident, ya da hökumət sədri olacaq. Azərbaycan strateji əhəmiyyətli tərəfdaşdır və mən əlbəttə ki, statusun daha yüksək olmasını, açılışda ya prezident, ya da hökumət sədrinin olmasını istərdim, ondan sonra danışıqların əsas hissəsini məntiqi sonluğa çatdırardım”, - o bildirib.

Oxşar xəbərlər

Rusiya XİN: COP29-da ölçülüb-biçilmiş qərarların əldə edilməsinə çalışacağıq
Putin: Rusiya-Azərbaycan Universitetinin yaradılması imkanları nəzərdən keçirilir
Putin Prezident seçkilərində iştirakla bağlı sənədləri MSK-ya təqdim edib
Putin: Rusiya Bakı ilə İrəvan arasında nizamlanmada iştirak etməyə hazırdır
Rusiya MSK: Putin prezident seçkilərində liderdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər