Almaniya XİN-in dövlət katibi COP29-un inklüzivliyinə ümid edir
sizinxeber.az xəbər saytı

Almaniya XİN-in dövlət katibi COP29-un inklüzivliyinə ümid edir


Azərbaycanın COP29-da inklüziv sədrliyinə ümid edirik. Bu iqlim konfransında ölkə prosesə töhfə vermək qabiliyyəti və istəyi olan fəallar, QHT-lər, alimlər və iş adamları ilə əməkdaşlıq edəcək.

“Sizinxeber.az” xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər Nazirliyinin (XİN) beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan bu gün Lüksemburqda jurnalistlərə açıqlamasında deyib.

C.Morqan vurğulayıb ki, ötən həftə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) məhsuldar olub və bir çox ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirakını nümayiş etdirib: “Bizim hələ çox uzun yolumuz var və Avropa İttifaqı COP-un uğurla keçirilməsində fəal rol oynayacaq”.

Almaniya XİN-in dövlət katibinin sözlərinə görə, Lüksemburqda Avropa İttifaqı ölkələrinin iqlim nazirlərinin bugünkü görüşünün əsas məqsədi Bakıda keçiriləcək COP29-a hazırlığın müzakirəsidir.

Oxşar xəbərlər

Cennifer Morqan: İqlim maliyyəsi Almaniya üçün prioritetdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa komissarı Pre-COP29 çərçivəsində aparılan müzakirələrin səmərəliliyini qeyd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avrokomissar: Azərbaycan COP29-a uğurlu sədrlik etməklə iqlim dəyişikliyi ilə mübarizədə vacib rol oynayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycan iqlim şəffaflığı üzrə vahid platforma yaratmağa çalışır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər