Bakıda regional iqlim seminarı keçirilir
Bu gün Bakıda “Avropa və Mərkəzi Asiya ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirməsi” mövzusunda regional iqlim seminarı işə başlayıb.
"Sizinxeber.az" xəbər verir ki, 3 gün davam edəcək tədbirdə 20-yə yaxın ölkənin müvafiq dövlət qurumlarından nümayəndələr, eləcə də beynəlxalq təşkilatların əməkdaşları iştirak edir.
Seminar Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə Avropa və Mərkəzi Asiyada kənd təsərrüfatında iqlim fəaliyyətini gücləndirmək məqsədilə təşkil olunub, bu ilin noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məqsədilə Avropa və Mərkəzi Asiya regionu dövlətlərinə dəstək göstərməyi hədəfləyir.
Çıxışlardan sonra regional iqlim seminarı panel sessiyalarla öz işini davam etdirib. Sessiyalarda ekoloji tarazlığın qorunub saxlanılması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, iqlim dəyişikliyinin təsirlərinin azaldılması və iqlimə uyğun dayanıqlı aqro-ərzaq sistemlərinin qurulması məsələləri müzakirə edilib. Tədbirdə təkmilləşdirilmiş şəffaflıq çərçivəsi, iqlim maliyyəsi, Uyğunlaşma üzrə Qlobal Məqsəd Çərçivəsi, Təsirlərin Azaldılması üzrə Fəaliyyət Proqramı və Paris Sazişinin 6-cı Maddəsi, Avropa və Mərkəzi Asiya regionunda kənd təsərrüfatı sektorlarının və qida sistemlərinin Milli Müəyyən edilmiş Töhfələrə (MMT) inteqrasiyası, COP29-un gündəliyindəki aktual mövzularla bağlı təqdimatlar keçirilib.
Oxşar xəbərlər
Bakıda COP29 Sədrliyi çərçivəsində İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin təlim seminarı keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: İqlim dəyişmələri səbəbindən əkinə yararlı torpaqlar deqradasiyaya uğrayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
FAO rəsmisi: “COP29 Azərbaycana təcrübələrini ortaya qoymağa imkan verəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: "İşğaldan azad edilmiş ərazilərdə ətraf mühitin qorunması prioritetdir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












