Bəşəriyyət iqlim dəyişikliyi şəraitində yeni reallıqlara uyğunlaşmalıdır
sizinxeber.az xəbər saytı

Bəşəriyyət iqlim dəyişikliyi şəraitində yeni reallıqlara uyğunlaşmalıdır


İqlim dəyişikliyi bəşəriyyətin üzləşdiyi ən böyük problemdir və biz yeni reallıqlara uyğunlaşmalıyıq.

"Sizinxeber.az" xəbər verir ki, bunu COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakıda Pre-COP29-un ikinci günü çərçivəsində keçirilən panel sessiyasında deyib.

O qeyd edib ki, bu məsələyə yaranan üstünlüklər nöqteyi-nəzərindən də yanaşmaq lazımdır.

"Hazırda dünyada ən böyük müzakirə mövzusu bütün bunların “yaşıl” iş yerləri, yeni tipli iş yerləri yaradıb-yaratmayacağı ilə bağlıdır. Məndən soruşsanız, cavabım belə olacaq ki, biz təkcə iqlim dəyişikliyi problemi ilə deyil, həm də tamamilə yeni reallıqlarla da üzləşirik və onlara uyğunlaşmalıyıq. Buna görə də biz fərqli düşünməli, yaşamağı öyrənməli, biznesimizi idarə etməliyik. Təkcə iqlim dəyişikliyi və ekologiyalaşdırılma sahəsində bacarıqlara deyil, həm də həyatımızın bir hissəsi olan süni intellektə ehtiyac var”, - N.Arpadarai bildirib.

O, yeni reallıqlara toxunaraq bu prosesə təhsilin də cəlb olunduğunu deyib.

"Yeni təhsilə gəlincə, yəqin ki, uşaqlarımıza və gənclərimizə yeni dayanıqlı inkişaf təcrübələrini öyrədəcək yeni iqlim savadlılığı proqramlarına ehtiyacımız olacaq. Buna görə də biz bir çox hallarda çatışmayan resurslara çıxış əldə etməliyik”, - yüksək səviyyəli çempion qeyd edib.

Oxşar xəbərlər

Nigar Arpadarai: "Yaşıl keçid" üçün trilyonlarla ABŞ dollarına ehtiyac var" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadarai: İqlim dəyişikliyi ilə mübarizə hər kəsi əhatə etməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadarai: İqlim məqsədlərinə nail olmaq üçün özəl sektorun fəal iştirakı vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadarai: COP29 Azərbaycanı daha böyük müzakirələrin iştirakçısına çevirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadarai: Azərbaycanın məqsədi dialoq tərəfləri arasında körpü olmaqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər