Nigar Arpadarai: Azərbaycanın məqsədi dialoq tərəfləri arasında körpü olmaqdır
sizinxeber.az xəbər saytı

Nigar Arpadarai: Azərbaycanın məqsədi dialoq tərəfləri arasında körpü olmaqdır


Azərbaycanın sədrlik edən tərəf kimi məqsədi dialoq tərəfləri arasında körpü olmaqdır.

"Report" xəbər verir ki, bunu BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel sessiyasında deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət birləşməli və iqlim fəaliyyətlərini əlaqələndirmiş şəkildə həyata keçirməlidir.

"Müxtəlif regionlarda fərqli problemlər və imkanlar var, lakin hamımızın bir evi var - planet. Buna görə də bir-birimizə etibar etməliyik", - N.Arpadarai bildirib.

O qeyd edib ki, iddialı planlar çox vacibdir, lakin onların faktiki icrası barədə şəffaf hesabat real tərəqqini nümayiş etdirmək üçün daha vacibdir: "Beləliklə, qeyri-dövlət subyektləri həlledici rol oynayır. Onlar təkcə milli hesabatları tamamlamaqla deyil, həm də iqlim dəyişikliyi ilə mübarizə haqqında hesabatları formalaşdırmağa və təkmilləşdirməyə kömək edə biləcək dəyərli hesabatlar təqdim edirlər".

Oxşar xəbərlər

Nigar Arpadarai: İqlim məqsədlərinə nail olmaq üçün özəl sektorun fəal iştirakı vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadarai: İqlim dəyişikliyi ilə mübarizə hər kəsi əhatə etməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadarai: Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 istiqamətində mühüm addımdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadarai: COP29 Azərbaycanı daha böyük müzakirələrin iştirakçısına çevirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadarai: COP29 Azərbaycanı kiçik ölkədən daha böyük müzakirələrin iştirakçısına çevirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər