Nigar Arpadarai: COP29 Azərbaycanı daha böyük müzakirələrin iştirakçısına çevirəcək
sizinxeber.az xəbər saytı

Nigar Arpadarai: COP29 Azərbaycanı daha böyük müzakirələrin iştirakçısına çevirəcək


COP29 Azərbaycanı daha böyük müzakirələrin iştirakçısına çevirəcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai “Real Tv”yə müsahibəsində deyib.

“Azərbaycan iri addımlarla iqlim mövzusunda da irəliyə gedir. İllərdir böyük tədbirlərə ev sahiblik etmişik. COP29 isə tamamilə fərqldir. Bu, Azərbaycana olan hörmətdir, ölkəmizin nüfuzunun qəbul olunmasıdır”, - N.Arpadarai vurğulayıb.

O xatırladıb ki, Azərbaycanın COP29 Sədrliyinin 14 təşəbbüsü var:

"Bizim təşəbbüslər elə hazırlanıb ki, müxtəlif sahələri əhatə edir. Çünki qlobal iqlim dəyişikliyi hər kəsin həyatrına təsir edən problemdir. Ola bilsin ki, bunu öz ölkəmizdə az hiss edirik. Amma kiçik ada dövlətləri var ki, bunu çox böyük miqyasda hiss edirlər. İqlim dəyişikliyi ilə müxtəlif tədbirlərdə onlar bunu dönə-dönə qeyd edirlər. Bu dövlətlərin nümayəndələri açıq deyir ki, bu cür davam etsə, biz 5 ildən sonra olmaya da bilərik. Çünki bu dövlətlərin okean və ya dənizin səviyyəsinin qalxması zamanı su altında qalmaq təhlükəsi var. Bizim məqsədimiz də iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində layihə və startaplarla çıxış edən sahibkarları bir araya toplamaqdır".

Oxşar xəbərlər

Nigar Arpadarai: COP29 Azərbaycanı kiçik ölkədən daha böyük müzakirələrin iştirakçısına çevirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadarai: İqlim dəyişikliyi ilə mübarizə hər kəsi əhatə etməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadarai: Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 istiqamətində mühüm addımdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təşkilat Komitəsi: COP29-da qəbul olunan qərarlar bütün sahələri əhatə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadarai: COP29-un əsas mövzusu maliyyə olacaq, özəl sektoru buna cəlb etməyi düşünürük [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər