AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir
Cari ilin 11-22 noyabr tarixləri arasında Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində ölkəyə səfər edəcək şəxslərə “Azərbaycan Hava Yolları” (AZAL) tərəfindən xüsusi endirimlər təklif edilir.
Qurumdan APA-ya verlən xəbərə görə, kampaniya çərçivəsində COP29 ərəfəsində Bakıya səfər etmək niyyətində olan şəxslər AZAL-ın biznes, premium ekonom və ekonom siniflərindən olan aviabiletlərini 10% endirimlə əldə edə biləcəklər. Endirimdən yararlanmaq istəyənlər AZAL-ın rəsmi veb-saytı və ya mobil tətbiqi vasitəsilə aviabilet alışı zamanı VISITCOP29 promokodundan istifadə etməlidirlər.
Güzəştlərdən AZAL-ın bütün beynəlxalq müntəzəm reysləri üzrə səyahət edən və yaşı 18-dən yuxarı olan şəxslər yararlana bilərlər. Endirimli aviabiletləri 08 noyabr 2024-cü il tarixinədək əldə etmək mümkündür. Qeyd edək ki, güzəştli aviabiletlər yalnız bu ilin 1 noyabr – 1 dekabr tarixləri arasında həyata keçiriləcək uçuşlara şamil olunur.
Oxşar xəbərlər
AZAL Turizm işçiləri Günü münasibətilə beynəlxalq reyslərə 29 % endirim təklif edir
AZAL Naxçıvan Aeroportunda sərnişin sıxlığı ilə bağlı açıqlama yayıb
AZAL: Çoxlu saytda zəvvarın ölkəyə qayıtması ilə əlaqədar Naxçıvan aeroportunda sıxlıq yaranıb
AZAL: Çoxlu sayda zəvvarın ölkəyə qayıtması ilə əlaqədar Naxçıvan aeroportunda sıxlıq yaranıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
