Muxtar Babayev: Bəzi ölkələr Azərbaycanın uğurlarını qəbul etmək, ədalətli dəyərləndirmək istəmir
Bəzi ölkələr Azərbaycanın gücünü, iqtisadi uğurlarını qəbul etmək istəmir, onu ədalətli dəyərləndirməkdən imtina edir.
“Report” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AzTV-nin “Hədəf” verilişində söyləyib.
“Azərbaycan böyük nailiyyətlər əldə edib. Ərazi bütövlüyünün bərpası, iqtisadi uğurlar, beynəlxalq arenadakı güclü mövqelər. Bəzi ölkələr bunu qəbul etmirlər, bunu ədalətli dəyərləndirmək onlar üçün çətindir. Lakin biz onu (qarayaxma kampaniyası – red.) gözləyirdik. Bunun üçün də media komandası yaradıldı. Media komandasına çox ciddi mütəxəssislər dəvət olundu. Həm ölkə daxilində, həm də ölkə xaricində gördüyümüz işlərin, apardığımız proqramların təbliğ olunmasına şərait yaradıldı. Bu peşəkar komanda sayəsində bu il elə bir həftə olmayıb ki, biz beynəlxalq mediaya məlumat, açıqlama verməyək”, – o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycana skeptik yanaşan agentliklər indi artıq Bakıya və COP29 komandasına tamamilə fərqli yanaşırlar: “Başa düşürlər, ölkəmizin gücünü görürlər”.
Oxşar xəbərlər
Muxtar Babayev: COP29-un sadəcə noyabrın 11-dən 22-dən keçiriləcək tədbir kimi görülməsini istəmirəm
Muxtar Babayev: Azərbaycan COP29-un keçirilməsi üçün müxtəlif layihələrlə dünyanın diqqətini cəlb edirdi
Muxtar Babayev: "Münxen konfransında iştirakımız iqlim təşəbbüslərini müzakirə etməyə imkan verir"
Nazir: Regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdənik
Muxtar Babayev: "COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













