Nazir: Regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdənik
Azərbaycan regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdəndir.
“Report” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AzTV-nin “Hədəf” verilişində deyib.
“Azərbaycan regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdəndir – 20 konvensiyaya qoşulmuşuq. Konvensiyalar, demək olar, ətraf mühitin mühafizəsi və iqlim problematikası üzrə əsas konvensiyalardır. Onların icrası Azərbaycanda uğurla həyata keçirilir. Azərbaycan bu sahədə aparıcı dövlət kimi özünü göstərib. Biz buna regional əməkdaşlıq formasında baxırıq. Burada həm Qafqaz, həm də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqdan söhbət gedir”, – Muxtar Babayev qeyd edib.
O vurğulayıb ki, postsovet məkanında ilk dəfə Azərbaycanda keçiriləcək COP tədbiri “böyük məsuliyyətdir”:
“Biz burada iqlim danışıqlarından başqa, ətraf mühitin mühafizəsi ilə bağlı digər məsələlərin də müzakirəsinə imkan yaradacağıq .Əsas məsələlərdən biri maliyyələşdirmədir ki, iqlim gündəliyinin həlli üçün və iqlim dəyişikliyi ilə mübarizədə daha çox maliyyə resurslarının formalaşdırılması, ölkələr tərəfindən maliyyə yardımlarının təşkil olunması müzakirə predmeti olacaq”.
Oxşar xəbərlər
Muxtar Babayev: Azərbaycan COP29-un keçirilməsi üçün müxtəlif layihələrlə dünyanın diqqətini cəlb edirdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev Avstraliya səfiri ilə COP29-a hazırlığı müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi ilə COP29-a hazırlığı müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev Yaponiya səfiri ilə COP29-a hazırlığı müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev Yunanıstan səfiri ilə COP29-a hazırlığı müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












