Aqrar Tədqiqatlar Mərkəzi iki xarici şirkətlə Anlaşma Memorandumu imzalayıb
sizinxeber.az xəbər saytı

Aqrar Tədqiqatlar Mərkəzi iki xarici şirkətlə Anlaşma Memorandumu imzalayıb


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi (ATM) İsrailin aqrotexnologiya sahəsində fəaliyyət göstərən qabaqcıl "Agrigo AI Ltd." və "Supplant Ltd." şirkətləri ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, sənədi ATM-in direktoru Rəşad Hüseynov, "Agrigo AI Ltd." şirkətinin Marketinq və Biznesin İnkişafı üzrə vitse-prezidenti Darina Privalko və "Supplant Ltd." şirkətinin həmtəsisçisi və Gəlirlər üzrə direktoru Ori Ben Ner imzalayıb.

Bu əməkdaşlıq ATM-in beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də aqrar sahədə innovativ texnologiyaların ölkəmizə transferi baxımından mühüm mərhələ hesab olunur.

Sənəd kənd təsərrüfatı, aqrosənaye, ərzaq təhlükəsizliyi, süni intellekt əsaslı aqrotexnologiyalar və iqtisadi tədqiqatlar sahəsində elmi və texnoloji əməkdaşlığın inkişafını nəzərdə tutur. Memorandum çərçivəsində birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, innovativ həllərin tətbiqi, qabaqcıl rəqəmsal texnologiyaların yerli şəraitə uyğunlaşdırılması, mütəxəssis mübadiləsi, təlim proqramları və beynəlxalq elmi tədbirlərin təşkili planlaşdırılır.

Əməkdaşlığın əsas məqsədlərindən biri Azərbaycanda aqrar tədqiqatların beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, innovativ yanaşmaların təşviqi və aqrar sahədə rəqəmsal transformasiyanın sürətləndirilməsidir. Bununla yanaşı, memorandum ölkəmizdə aqrar elmin inkişafına, müasir texnologiyaların tətbiqinə və insan kapitalının gücləndirilməsinə dəstək göstərəcək.

Memorandumun gələcəkdə birgə pilot layihələrin həyata keçirilməsi, yeni texnologiyaların sınaqdan keçirilməsi və regional əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcəyi gözlənilir.

Oxşar xəbərlər

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb
Azərbaycan Özbəkistan ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb - YENİLƏNİB
Azərbaycanla Pakistan arasında aqrar sahədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib
KTN ABŞ şirkəti ilə strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
FAO iki Azərbaycan universiteti ilə Anlaşma Memorandumu imzalayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər