Bakıda COP29-la bağlı nəqliyyat zolaqlarının salınmasına başlanılıb, 14 nəqliyyat qovşağı təşkil ediləcək
Bakı şəhərinin bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqlarının salınmasına başlanılıb.
APA xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin məlumatında deyilir.
Qeyd olunub ki, COP29 loqosunu əks etdirməklə işarələnən bu zolaqlar sürətli və fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə tədbir nəqliyyatı üçün ayrılıb. Konfrans zamanı həmin zolaqlardan yalnız ictimai nəqliyyat vasitələri və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələri istifadə edəcək. Konfransa qədər müvafiq yol nişanları quraşdırılmayan zolaqlardan bütün nəqliyyat vasitələri istifadə edə bilər.
Bundan əlavə, konfrans zamanı şəhərin müxtəlif əsas hissələrində ümumilikdə 14 nəqliyyat qovşağının təşkil edilməsi planlaşdırılıb.
Oxşar xəbərlər
COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək
DYP "Formula-1"lə bağlı müraciət edib
Bakının Şərifzadə küçəsində xüsusi avtobus zolağı təşkil edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
