Bakının Şərifzadə küçəsində xüsusi avtobus zolağı təşkil edilib
sizinxeber.az xəbər saytı

Bakının Şərifzadə küçəsində xüsusi avtobus zolağı təşkil edilib


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

Sizinxeber.az-Economics” AYNA-ya istinadən xəbər verir ki, görülən işlər çərçivəsində paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində (İsfəndiyar Zülalov küçəsi ilə kəsişmədən Müzəffər Həsənov küçəsi ilə kəsişməyədək) 4 km-dən çox hərəkət zolağı təşkil edilib. Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.

Qeyd edilib ki, A.M.Şərifzadə küçəsində 13 müntəzəm marşrut xətti üzrə 200-yə yaxın avtobus fəaliyyət göstərir. Həmin marşrut avtobusları ilə gün ərzində 155000-dən çox sərnişin daşınır.

İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik.

Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək.

Oxşar xəbərlər

Bakıda 5 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının Abbas Mirzə Şərifzadə küçəsində xüsusi hərəkət zolağı təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 7 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 2 marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xocalı prospektində 140-dan çox avtobusun hərəkət sxemi dəyişdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər