Fuad Sadıqov: "Meyvə istehsalçılarının kəskin hava şəraitinə görə böyük itkiləri var"
Azərbaycanda fevral ayının sonlarında havaların şaxtalı keçməsi faraş meyvə istehsalçılarını çox böyük maliyyə itkiləri ilə üz-üzə qoyub.
"Report" xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov keçirdiyi mətbuat konfrasında bildirib.
"Xüsusilə Şamaxı, Qusar və Balakən rayonlarında meyvə istehsalçılarının böyük itkiləri var", - deyə o qeyd edib.
Bundan başqa, sədrin sözlərinə görə, aprel ayının I yarısında havaların kəskin dəyişməsi, Xaçmaz və Quba rayonlarında, Aran bölgəsində leysan yağışlarının selə səbəb olması çox ciddi itkilərlə nəticələnib.
"Təkcə bu ay Fonda sığortalı müştərilərdən 13 milyon manat zərərin olması ilə bağlı müraciətlər edilib. Bu ilin əvvəlindən isə sığorta təminatı altında olan fermerlər 26 milyon manat zərərin olması ilə bağlı müraciətlər edib. Yəni, kifayət qədər itkilərimiz var", - deyə F.Sadıqov əlavə edib.
Oxşar xəbərlər
Sədr: "Aqrar Sığorta Fondu əkin sahələrinin 98 %-ni əhatə etmək gücündədir"
Aqrar Sığorta Fondu: Təkcə apreldə 13 milyon manatlıq istehsala tam və yaxud qismən ziyan dəyib
Azərbaycanda aqrar sığorta potensialının 90 %-dən istifadə olunmur
Aqrar Sığorta Fonduna bu il şaxtavurma ilə bağlı 30-a yaxın müraciət daxil olub
Aqrar Sığorta Fondu 9 aylıq nəticələri açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












