Salyanın pambıq tarlalarında məhsulun 95 faizi maşınlarla yığılacaq
sizinxeber.az xəbər saytı

Salyanın pambıq tarlalarında məhsulun 95 faizi maşınlarla yığılacaq


Salyanın pambıq tarlalarında məhsulun 95 faizi maşınlarla yığılacaq.

Bu barədə “Sizinxeber.az”un Aran bürosuna Salyan Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) bildirilib.

Məlumata görə, bu il rayonda 10 063 hektar sahədə pambıq əkilib. Əvvəlki illə müqayisədə cari il tarlalarda bol məhsul yetişdirilib.

Yığımda istifadə olunacaq müxtəlif təyinatlı texnikalar saz vəziyyətə gətirilib. Pambıq yığımında 49 maşın tarlalara çıxarılacaq. Bununla yanaşı, 136 traktor, 239 yedəkli lafetdən də istifadə olunacaq.

Hazırda pambıq kollarının yarpaqlarının tökülməsi məqsədi ilə tarlalarda defolvasiya işləri aparılır. Qısa müddətdə 313 hektar sahə dərmanlanıb.

Oxşar xəbərlər

Bu il İmişlidə 215 hektar sahədə şəkər çuğunduru əkilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İmişlidə əkin sahələri azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sarvan Cəfərov: "Şirkətlərlə 100,5 min hektar sahədə pambıq istehsalı üçün müqavilə bağlanılıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sığortalanan əkin sahələri 18 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda pambıq iplikləri üzrə yeni dövlət standartı qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər