Azərbaycanda pambıq iplikləri üzrə yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) AZS ISO 10290:2024 “Toxuculuq məmulatları - Pambıq ipliklər - Texniki şərtlərin əsası” dövlət standartını qəbul edib.
Bu barədə "Sizinxeber.az"a İnstitutdan bildirilib.
Yeni dövlət standartının qəbul edilməsində məqsəd tək qat əyirilmiş, ağardılmamış pambıq ipliklərin təsviri zamanı tətbiq olunmalı meyarların və müvafiq sınaq üsullarının müəyyənləşdirilməsidir.
Yeni dövlət standartının tətbiqi pambıq iplikləri məhsullarının istehsalının müasir tələblərə uyğunlaşdırılmasına və yerli malların beynəlxalq bazarda etibarlılığının artmasına imkan yaradacaq.
Dövlət standartı “Tekstil sahəsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 45) müzakirə olunub və İnstitut onu qəbul edərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.
Oxşar xəbərlər
Azərbaycanda toyuq əti məhsullarına dair yeni dövlət standartı qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda tibbi laboratoriyalara dair yeni dövlət standartı qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda keyfiyyəti idarəetmə sahəsi üzrə terminologiyaya dair dövlət standartı yenilənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda toyuq əti ilə bağlı dövlət standartı qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













