Azərbaycanda müasir suvarma sistemlərinin tətbiq edildiyi ərazilərin sahəsi açıqlanıb
Hazırda ölkə üzrə 119 500 hektarda innovativ suvarma sistemləri tətbiq edilir, bu ümumi suvarılan ərazilərin 8,05 %-ni təşkil edir.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatına yararlı torpaqların 1,5 milyon hektar hissəsi suvarılan torpaqlardır ki, bunun 77,5 %-i əkin, 8,6 %-i çoxillik əkmələr, 13,9 %-i isə digər sahələr (biçənək, örüş, həyətyanı və s.) təşkil edir.
Nazir müavini bildirib ki, son illərdə azalan su ehtiyatları, quraqlıq, daşqınlar, torpağın deqradasiyası və digər ekstremal hava hadisələri dünya üzrə fermerlərə böyük çətinliklər yaradır: “Əksər hallarda bu təsirlər kiçik fermer təsərrüfatlarına və kənd icmalarına daha çox təsir edir. Çünki onlar təbii resursların azalması və iqlim şəraitinin dəyişməsinə qarşı daha həssasdırlar. Azərbaycanda kənd təsərrüfatı sektoru iqtisadiyyatımızın və cəmiyyətimizin mühüm bir hissəsidir. Bizim məhsullarımız həm yerli, həm də beynəlxalq bazarlarda yüksək qiymətləndirilir. Lakin, iqlim dəyişikliklərinin təsirlərinə məruz qalma riski ilə üzləşdiyimizdən, biz kənd təsərrüfatımızı daha dayanıqlı etmək üçün tədbirlər görməliyik. Bu kontekstdə, su idarəetmə sistemləri mühüm rol oynayır".
Oxşar xəbərlər
İlhamə Qədimova: “Son 5 ildə suvarma sistemlərinin qurulmasına 93 milyon manat subsidiya ayrılıb”
Nazir müavini: “Azərbaycanda su itkilərinin qarşısının alınması üçün işlər görülür”
Azərbaycanda uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyası hazırlanır
Ekspert: COP29-da iqlim problemlərinin yumşaldılmasında fermerlərin mühüm rolu qəbul edilməlidir
Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması həyata keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












