Azərbaycanda uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyası hazırlanır
Hazırda Paris Sazişinə uyğun olaraq Azərbaycan üzrə Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədi və uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası (LTS) hazırlanmaqdadır.
“Sizinxeber.az” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatında iqlim dəyişiklikləri ilə mübarizə aparmaq və onun təsirlərini azaltmaq üçün kənd təsərrüfatı istehsalçılarını bu mövzuda məlumatlandırmaq və istehsal vərdişlərini mövcud iqlim reallıqlarına uyğunlaşdırmaq lazımdır. İqlim dəyişikliklərinin mənfi təsirlərinin qarşısını yalnız uyğunlaşma və azaltma çərçivəsində hazırlanacaq strategiyalarla almaq mümkündür.
V. Kərimov qeyd edib ki, iqlim dəyişmələri probleminin həlli genişmiqyaslı və uzunmüddətli tədbirlər kompleksinin icrasını tələb edir: "Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində qlobal iqlim dəyişmələrinə təsirləri azaltmaq məqsədilə təşəbbüslərə töhfə olaraq, 2050-ci ilə qədər istixana qazı emissiyalarının xalis payının 40 %-ə qədər azaldılmasını şərtli hədəf kimi müəyyən edilib. Azərbaycan bu il, həmçinin qlobal metan emissiyalarının azaldılması üzrə öhdəlikləri nəzərdə tutan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulub".
Oxşar xəbərlər
İlhamə Qədimova: “Son 5 ildə suvarma sistemlərinin qurulmasına 93 milyon manat subsidiya ayrılıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda müasir suvarma sistemlərinin tətbiq edildiyi ərazilərin sahəsi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: “Azərbaycanda su itkilərinin qarşısının alınması üçün işlər görülür” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ekspert: COP29-da iqlim problemlərinin yumşaldılmasında fermerlərin mühüm rolu qəbul edilməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: "Azərbaycan qalıq yanacaqdan əldə olunan gəlirləri davamlı inkişaf üçün istifadə edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












