Nazir müavini: “Azərbaycanda su itkilərinin qarşısının alınması üçün işlər görülür”
Azərbaycanda su itkilərinin qarşısının alınması məqsədi ilə suvarma kanallarının yenidən qurulması və bərpası, içməli su mənbələrinin yaradılması, həmçinin su ehtiyatlarının artırılması üçün yeni su anbarlarının yaradılması istiqamətində işlər həyata keçirilir.
“Sizinxeber.az” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, suya tələbatın artması fonunda iqtisadiyyatın bütün sahələrində qənaətedici su texnologiyalarından istifadəni, suya tələbatı tullantı sularının təmizlənərək istifadəsi yolu ilə ödənilməsi mühüm əhəmiyyət kəsb edir.
O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən yaşıllaşdırma işləri çərçivəsində əsas su mənbəyi kimi təkrar emal olunan sulardan geniş istifadə edilir: “Bu həm içməli su ehtiyatlarının qorunması, həm də suların təkrar dövriyyəsini təmin etməklə sudan səmərəli istifadəyə gətirib çıxarır”.
Oxşar xəbərlər
Azərbaycanda uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyası hazırlanır
Azərbaycanda müasir suvarma sistemlərinin tətbiq edildiyi ərazilərin sahəsi açıqlanıb
Ekologiya və təbii sərvətlər nazirinin müavinlərinin sayı artırılıb
İlhamə Qədimova: “Son 5 ildə suvarma sistemlərinin qurulmasına 93 milyon manat subsidiya ayrılıb”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
