Ekspert: COP29-da iqlim problemlərinin yumşaldılmasında fermerlərin mühüm rolu qəbul edilməlidir
Aqrar işlərin aparılması sahəsində iqlimə davamlı üsullar kiçik fermerlərin iqtisadi rifahını yaxşılaşdıra bilər. Eyni zamanda, fermerlərin özləri də iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılmasında mühüm rol oynayırlar.
Bu barədə “Report”a açıqlamasında Lançjou Universitetinin iqlim üçün optimallaşdırılmış kənd təsərrüfatı sahəsi (CSA) üzrə eksperti Adnan Arşad bildirib.
Onun fikrincə, bu cür texnologiyalar inkişaf etməkdə olan ölkələrdə kiçik fermer təsərrüfatlarına çox müsbət təsir göstərə bilər, onlardan biri də Azərbaycandır. Ekspert qeyd edib ki, fermerlər əhalinin iqlim dəyişikliyinin mənfi təsirlərinə daha çox həssas olan təbəqəsidir.
“Məhsuldarlığı artırmaq və gəlir mənbələrini şaxələndirməklə bu üsullar gəlir əldə edilməsi və yoxsulluğun azaldılması üçün imkanlar yaradır”, – o bildirib.
A.Arşad qeyd edib ki, kənd təsərrüfatı ilə məşğul olan sahibkarların informasiya, maliyyə və institusional dəstəyə ehtiyacı var.
"Bu dəstək üsulları kiçik fermerlərə iqlimə davamlı təcrübələrə daha yaxşı uyğunlaşmaqda kömək edə bilər", – ekspert vurğulayıb.
Qeyd edək ki, belə təcrübə mübadiləsi üçün platformalardan biri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) sessiyalarıdır.
2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP-29 haqqında danışan A.Arşad bildirib ki, tərəflərin fermerlərin problemlərinə və onların iqlim dəyişikliyinin fəsadları ilə mübarizədə roluna daha çox diqqət yetirməsini görmək istərdi.
“Qarşıdan gələn COP29-da fermerlərin iqlim dəyişikliyinin fəsadlarının yumşaldılması və onlara uyğunlaşma səylərində vacib rolu və fəal iştirakı qəbul edilməlidir”, - o sonda əlavə edib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
