sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qubada Aqrar Biznes Festivalı keçiriləcək
Mayın 30-da Quba rayonunda Aqrar Biznes Festivalı keçiriləcək.
"Sizinxeber.az" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, festival Quba “ASAN xidmət” mərkəzinin ərazisində baş tutacaq. Festival çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel sessiya təşkil ediləcək.
Festivalda innovativ həllərə əsaslanan kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, müasir yeni texnologiyalar sərgilənəcək.
Oxşar xəbərlər
Ağalıda Aqrar Biznes Festivalı keçiriləcək
İmişlidə bu ilin ilk Aqrar Biznes Festivalı keçiriləcək
Daşkəsəndə Aqrar Biznes Festivalı keçirilir
Ağdaşda Aqrar Biznes Festivalı keçirilib
Ağdaşda “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələr olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













