Azərbaycan aqrar sığorta təcrübəsini Gürcüstanla bölüşəcək
Azərbaycan rəqəmsal kənd təsərrüfatı və kənd təsərrüfatı sığortası sahəsində uğurlu layihələrini və təcrübələrini Gürcüstan tərəfi ilə bölüşməyə hazırdır.
“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili arasında keçirilən görüşdə bildirib.
E. Zeynalov ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, həyata keçirilən innovativ layihələr barədə qonaqlara ətraflı məlumat verib.
Bildirib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Gürcüstanı Azərbaycanın kənd təsərrüfatı sahəsində mühüm tərəfdaşı adlandıran nazir müavini bu əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.
D. Sonqulaşvili Gürcüstanın Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib.
Görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər aqrar sahədə əməkdaşlığın hüquqi-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsinin aparılması, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, hər iki ölkədən olan sahibkarların kənd təsərrüfatı ilə bağlı sərgilərdə aktiv iştirakı, müasir texnologiyaların transferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi, transsərhəd xəstəliklər və zərərvericilərlə mübarizə sahəsində birgə fəaliyyət məsələlərini müzakirə ediblər.
Tərəflər kənd təsərrüfatı sahəsində Azərbaycan və Gürcüstan arasında tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Oxşar xəbərlər
Danimarka fondu Azərbaycanla aqrar əməkdaşlığı genişləndirmək istəyir
Bakıda Beynəlxalq Aqrar İnnovasiya Forumu təşkil olunacaq
Azərbaycan və Qazaxıstan aqrar sahədə birgə layihələr icra edəcək
Azərbaycanda aqrar sektor 2 %-dən çox böyüyüb
Azərbaycan və Belarus son 5 ildə aqrar məhsulların ticarətini 70 %-dən çox artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK












