Məcnun Məmmədov Zaqatalada vətəndaşları qəbul edib
Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Zaqatala, Qax və Balakəndən, eyni zamanda Bakı şəhəri, Ağdaş, Beyləqan, Kəlbəcər, Masallı, Sabirabad, Xızı və digər rayonlardan olan vətəndaşları qəbul edib.
"Sizinxeber.az" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən subsidiyaların verilməsi, işlə təminat və işə bərpa, icarəyə texnika ayrılması, dəymiş zərərin ödənilməsi, torpaq sahəsinin ayrılması və sənədləşdirilməsinə köməklik göstərilməsi, təsərrüfat suyu ilə təminat və digər məsələlərlə bağlı olub. Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Zaqatala DAİM-in binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib.
M.Məmmədov səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.
Oxşar xəbərlər
Məcnun Məmmədov Bərdədə vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məcnun Məmmədov Zaqatalada vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir Fərid Əhmədov Qusar şəhərində vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












