Deputat: “Azərbaycanda özəl sektor elmin maliyyələşdirilməsinə cəlb edilməlidir” » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
11:30

Deputat: “Azərbaycanda özəl sektor elmin maliyyələşdirilməsinə cəlb edilməlidir”

27 may, 2025
11:30
483

Deputat: “Azərbaycanda özəl sektor elmin maliyyələşdirilməsinə cəlb edilməlidir”

Azərbaycanda elm sahəsinə maliyyə vəsaiti təkcə dövlət büdcəsi hesabına deyil, həm də özəl sektorun hesabına olmalıdır.

“Sizinxeber.az” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ölkədə elmə olan münasibəti köklü sürətdə dəyişmək lazımdır: “Əks halda, əbədi olaraq bu sahədə geri qalmaq təhlükəsi ilə üzləşə bilərik. Yəni özəl sektor bu prosesə cəlb olunmalıdır. Elm sahəsinə əlavə maliyyə vəsaiti ayrılmalı, alimlərin əməkhaqqları artırılmalıdır”.

Ə.Məsimli bildirib ki, Azərbaycanda elmə töhfə vermək istəyən alimlərin qarşısında dayanan bütün manelər aradan qaldırılmalıdır: “Alimlər 600-700 manatlıq çərçivədə qalmamalıdır. Onlar beynəlxalq tədbirlərdə öz maliyyə vəsaitləri hesabına iştirak etmək imkanında olmalıdırlar”.

Deputat qeyd edib ki, hazırda ekoloji məsələlər önə çıxıb: “Azərbaycanda fövqəladə hallar ilə bağlı maliyyə vəsaiti uzun illərdir ki, 20 milyon manatın ətrafındadır. Amma 10 il bundan əvvəlki vəziyyətlə indi şərait arasında fərq var. Odur ki, bu istiqamətdə maliyyə vəsaitini artırmağa ehtiyac duyulur”.

Bizimlə əlaqə saxlayın