Azərbaycan və Belarus son 5 ildə aqrar məhsulların ticarətini 70 %-dən çox artırıb
Son 5 ildə Azərbaycan və Belarus arasında ərzaq məhsullarının və kənd təsərrüfatı xammalının qarşılıqlı ticarəti 70 %-dən çox artıb.
“Report” xəbər verir ki, bu barədə BELTA-ya Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyindən məlumat verilib.
“Azərbaycan Belarus üçün mühüm və etibarlı tərəfdaşdır. Ölkələrimizin iqtisadiyyatları ərzaq təminatı baxımından rəqabət aparmır, əksinə, bir-birini tamamlayır. Belarus istehsalı olan süd, ət və balıq məhsullarının ixracında artım müşahidə olunur. Öz növbəsində, Azərbaycandan Belarusa pomidor, yemiş və qarpız, meyvə və qoz, təzə kartof tədarükü artıb”, - nazirlikdən bildirilib.
Hazırda Azərbaycanla baytarlıq preparatlarının birgə istehsalı imkanları araşdırılır.
Xatırladaq ki, oktyabrın 3-də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi imzalanıb.
Oxşar xəbərlər
Azərbaycan Belarusla birlikdə Ağdamda aqroşəhərcik yaradacaq
Nazir: "İqlim dəyişikliyinin aqrar sahəyə ciddi mənfi təsiri müşahidə olunur"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
