Somali rəsmisi: "COP29-un nəticələri qlobal səyləri gücləndirəcək"
sizinxeber.az xəbər saytı

Somali rəsmisi: "COP29-un nəticələri qlobal səyləri gücləndirəcək"


Bakıda ötən il keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri texnologiya transferi, innovasiyalar və beynəlxalq əməkdaşlıq sahələrində qlobal səyləri gücləndirmək məqsədi daşıyır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Somalinin kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayir bu gün Bakıda öz işinə başlamış 18-ci Azarbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") va 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan”) sərgiləri çərçivəsində keçirilən "Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı" adlı konfransda bildirib. 

"COP29-un nəticələri üç əsas istiqamət üzrə iqlim fəaliyyətinin yeni istiqamətini müəyyən edəcək. Bu istiqamətlərdən biri texnologiyaların ötürülməsidir. Yəni, ölkələr iqlim dəyişikliyi ilə mübarizə üçün səmərəli texnologiyaları (adaptasiya, azaldılma və s.) və iqlim fəaliyyəti sahəsində əldə olunmuş texnologiyaları paylaşmalıdırlar. Yalnız əvvəlki təcrübələrlə kifayətlənməyərək, innovasiyaların – yəni yeni ideya və yanaşmaların paylaşılması da önəmlidir. Digər vacib istiqamət isə beynəlxalq əməkdaşlıqdır. Çünki iqlim dəyişikliyinin özü bir ədalətsizlikdir. Ən az çirklənməyə səbəb olan, lakin ən çox zərər görən kasıb və həssas ölkələr bu ədalətsizliyin qurbanına çevrilirlər. Bu səbəbdən, iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq və ədalət təmin olunmalıdır. Məsələn, Somali və digər inkişaf etməkdə olan ölkələr qlobal emissiyalara minimal təsir etsələr də, iqlim dəyişikliyindən ən çox zərər çəkənlərdir. Buna görə də beynəlxalq korporasiyaların və ölkələrin əməkdaşlığı olduqca vacibdir", - deyə o qeyd edib. 

Oxşar xəbərlər

Nazir: "COP29-da iqlimə uyğun kənd təsərrüfatı mövzusuna xüsusi toxunulacaq"
Gürcü nazir: “COP29 region üçün əhəmiyyətli hadisələrdən biri olub”
Bakıda keçirilən kənd təsərrüfatı və qida sənayesi sərgilərinin formatı gələn ildən dəyişdiriləcək
Prezident “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
"Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü"nün məqsədi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər