Apreldə çiyələk ixracı 5 dəfə artıb
sizinxeber.az xəbər saytı

Apreldə çiyələk ixracı 5 dəfə artıb


Bu ilin aprel ayında Azərbaycandan xarici bazarlara 11.1 milyon ABŞ dolları dəyərində çiyələk ixrac edib.

"APA-Economics" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Dövr ərzində ixrac olunan məhsulun dəyəri ötən ilin aprel ayı ilə müqayisədə 5 dəfə artıb.

Qeyd edək ki, ötən ilin eyni dövründə 2.2 milyon ABŞ dollarlıq çiyələk ixrac edilmişdi.

Xatırladaq ki, cari ilin ilk dörd ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

Oxşar xəbərlər

Azərbaycanın meşə fındığı ixracından gəlirləri 49%-ə yaxın artıb
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18% artıb
Azərbaycanın 4 ayda qızıl ixracından gəlirləri 131 mln. dolları ötüb
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10%-ə yaxın artıb
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 15%-ə yaxın artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər