Qardabanidə məktəbliləri daşıyan mikroavtobus qəzaya düşüb, ölən və xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Qardabanidə məktəbliləri daşıyan mikroavtobus qəzaya düşüb, ölən və xəsarət alanlar var


Gürcüstanın Qardabani bələdiyyəsində Kosalı ictimai məktəbinin şagirdlərini ekskursiyaya aparan mikroavtobus qəzaya düşüb, bir nəfər ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə içərisində 30 nəfərin olduğu nəqliyyat vasitəsinin yol kənarında dayandığı vaxt qeydə alınıb.

Belə ki, mikroavtobusa arxadan gələn minik avtomobili çırpılıb. Nəticədə sürücülərdən biri nəqliyyat vasitələrinin arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Həlak olan şəxsin Qardabani sakini, 68 yaşlı kişi olduğu bildirilir.

Hadisə zamanı bir neçə məktəbli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların dəqiq sayı və sağlamlıq vəziyyəti barədə hələ ki rəsmi məlumat açıqlanmayıb.

Hadisə yerinə patrul polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Kürdəmirdə mikroavtobus aşıb, beş nəfər xəsarət alıb
Abşeronda motosiklet sürücüsü qəzada ölüb, piyada yaralanıb
Moskvada mikroavtobus qəzaya uğrayıb, 2 nəfər ölüb, azı 7 nəfər xəsarət alıb
Mingəçevirdə mikroavtobus aşıb, ölən və xəsarət alanlar var
Göygöldə minik avtomobili ilə mikroavtobus toqquşub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər