İsa Həbibbəyli: Türk dünyası anlayışı Birinci Türkoloji Qurultayda formalaşıb
Birinci Türkoloji Qurultayda müzakirə olunan mühüm elmi məsələlər, təşəbbüslər türk xalqlarının inteqrasiyasına zəmin yaradıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Bakıda Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri" adlı plenar iclasda çıxışı zamanı deyib.
Akademik əlavə edib ki, bu mənada qurultay elmi-mədəni hadisə ilə yanaşı, ictimai-siyasi hadisə kimi tarixin yaddaşına həkk olunub:
"Türk dünyası anlayışı da məhz Birinci Türkoloji Qurultayda meydana çıxıb. Əlbəttə, qurultaya qədər türk tarixi və mədəniyyətinə dair araşdırmalar aparılırdı, lakin bütün bunlar türkologiya adı ilə təqim olunmurdu. Birinci Türkoloji Qurultay eyni zamanda türkologiya elmini və sistemini təqdim edib".
İ. Həbibbəylinin sözlərinə görə, sovet rejimi qurultayın təqdim etdiyi formatdan və Türk dövlətlərinin inteqrasiyasından qorxaraq türkologiyanı sıxışdıraraq daha çox dilçilik tədqiqatlarına köklənmişdir.
Akademik həmçinin bildirib ki, AMEA tabeli bir çox institutda Türkologiya şöbələri yaradılıb və bu anlayış istiqamətdə uğurla fəaliyyət göstərir.
Oxşar xəbərlər
Şavkat Mirziyoyev: Birinci Türkoloji Qurultay türk xalqlarının həyatında yeni dövrün əsasını qoyan hadisə olub
Sultan Raev: Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub
Kubanıçbek Ömüralıyev: Türk dövlətləri arasındakı əlaqələr ən yüksək səviyyədədir
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
