Aİ rəsmisi Ankarada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ankarada Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə xüsusi nümayəndə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Ankaraya səfərimi yekunlaşdıraraq, türkiyəli həmkarlarıma Cənubi Qafqaz və regional məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Gürcüstandakı vəziyyət, habelə Ermənistan-Türkiyə normallaşması barədə açıq və konstruktiv fikir mübadiləsinə görə təşəkkürümü bildirirəm", - o qeyd edib.
Qrononun sözlərinə görə, danışıqlarda Cənubi Qafqaz ölkələri, Türkiyə, Mərkəzi Asiya və Aİ-yə fayda gətirə biləcək qarşılıqlı əlaqə və regional əməkdaşlıq imkanları müzakirə edilib.
"Qlobal çağırışların artması şəraitində regional sabitliyin, təhlükəsizliyin və davamlı sülhün təşviqi üçün səyləri ikiqat artırmaq son dərəcə vacibdir", - Aİ-nin xüsusi nümayəndəsi vurğulayıb.
Oxşar xəbərlər
Ermənistan parlamentinin vitse-spikeri və Aİ rəsmisi Azərbaycanla normallaşma prosesini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
NATO Baş katibinin xüsusi nümayəndəsi: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ekspert: Ermənistan-Türkiyə münasibətlərinin normallaşması regionda kommunikasiyaların açılması üçün vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-nin xüsusi nümayəndəsi Bakıdan sonra İrəvana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qrono: Aİ Azərbaycanla Ermənistan arasında normallaşmaya dəstəyini gücləndirməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












