BMT rəsmisi: Maliyyələşdirmə iddialı iqlim fəaliyyətləri üçün vacib amildir
sizinxeber.az xəbər saytı

BMT rəsmisi: Maliyyələşdirmə iddialı iqlim fəaliyyətləri üçün vacib amildir


Bakıda keçirilən COP29-da təkcə iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üçün yeni hədəfin müəyyən edilməsi deyil, həm də bütün dünyada iqlim fəaliyyətlərini aktivləşdirməyin zəruriliyi müzakirə olunur.

“Sizinxeber.az” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üzrə altıncı yüksək səviyyəli nazirlər dialoqunda bildirib.

O vurğulayıb ki, maliyyələşdirmə iddialı iqlim fəaliyyətləri üçün əsas amildir, problemlərin həllinə konstruktiv yanaşmanın hazırlanması vacibdir:

"Uyğunlaşma layihələrinə qrant və borc şəklində daha çox vəsait daxil olmağa başlayıb. Şəffaflığın artırılması, əlçatanlıq və s. kimi vacib məqamlar da var. Maliyyəyə çıxışın yaxşılaşdırılması yollarının axtarışında mövcud imkanlardan istifadə etməliyik. Maliyyələşdirmə borc böhranının qızğın vaxtında daha əlçatan ola bilər. Bundan əlavə, inkişaf etməkdə olan ölkələrə yardım göstərmək üçün daha çox innovasiya və resurs cəlb etmək olar”.

“Bakıda söhbət təkcə iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üçün yeni hədəfin müəyyən edilməsindən getmir. Söhbət hər yerdə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin aktivləşdirilməsindən gedir", - S.Stil bildirib.

Oxşar xəbərlər

Saymon Stil: Maliyyə iqlim gündəliyində ən vacib mövzulardan biridir
BMT rəsmisi: COP29-da iddialı iqlim maliyyə nəticələrinə nail olmaq olar
BMT rəsmisi: Bütün ölkələrdə və regionlarda təcili iqlim dəyişikliyi ilə mübarizə üzrə tədbirlər tələb olunur
Saymon Stil: COP29 maliyyə üzrə qlobal məqsədlər razılaşdırılmadan bağlanmamalıdır
Saymon Stil: COP29-un birinci günündə vahid karbon bazarı üçün ciddi standartlar barədə razılığa gəlinib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər