Saymon Stil: COP29-dakı irəliləyiş iqlim gündəliyində böyük əhəmiyyət kəsb edir
sizinxeber.az xəbər saytı

Saymon Stil: COP29-dakı irəliləyiş iqlim gündəliyində böyük əhəmiyyət kəsb edir


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə edilən irəliləyiş iqlim gündəliyində böyük əhəmiyyət kəsb edir.

“Sizinxeber.az”un məlumatına görə, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"Biz artıq G20-nin iki ölkəsindən - Böyük Britaniya və Braziliyadan siqnallar almışıq. Onlar indicə öz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) təqdim ediblər. Onlar iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini gücləndirməyi planlaşdırırlar", - S.Stil bildirib.

Onun sözlərinə görə, həqiqətən vacib alətlərdən biri bu il dərc edilməli olan yeni İkiillik Şəffaflıq Hesabatlarıdır: "Bu hesabatlar daha effektiv iqlim siyasəti üçün faktiki məlumat bazası yaratmağa kömək edir. Biz gördük ki, onlardan bəziləri təqdim edilib və daha çoxu hazırlanma prosesindədir".

Bununla yanaşı, S.Stil vurğulayıb ki, nəzərəçarpan irəliləyişə baxmayaraq, COP29-da gözlənilən nəticələrə nail olmaq üçün hələ çox iş görülməlidir.

Oxşar xəbərlər

Saymon Stil: Maliyyə iqlim gündəliyində ən vacib mövzulardan biridir
Saymon Stil: Qlobal əməkdaşlıq nəticələr əldə etməyin yeganə yoludur
Saymon Stil: İqlim maliyyəsi məsələsi Bakıda keçiriləcək COP29-da həll oluna bilər
BMT rəsmisi: Bütün ölkələrdə və regionlarda təcili iqlim dəyişikliyi ilə mübarizə üzrə tədbirlər tələb olunur
Saymon Stil: Dünya iqlim maliyyəsinə böyük ümidlər bəsləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər