Saymon Stil iqlim böhranı qarşısında qlobal əməkdaşlığa çağırıb
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil 30-cu iqlim konfransına hazırlıqda göstərdiyi dəstəyə görə COP29-un sədri olmuş Azərbaycana minnətdarlığını bildirib.
“Sizinxeber.az”un Avropa bürosunun məlumatına görə, S.Stil bunu Bonnda keçirilən iyun iqlim həftəsinin yekun sessiyasında bildirib.
Sessiya bu gün yekun sənədlərin qəbulu ilə başa çatıb.
"COP29 sədrliyinə dəstəyinə görə bir daha minnətdarlığımı bildirir və onun gələcək COP30 sədrliyi ilə gərgin işi davam etdirməsini səbirsizliklə gözləyirəm", - o bildirib.
İcraçı katibin sözlərinə görə, iqlim məqsədlərinə nail olma prosesini daha səmərəli və sürətli etmək iqlim dəyişiklikləri səbəbindən qlobal iqtisadi çöküşün qarşısını almağın yeganə yoludur.
"Bizim B variantımız yoxdur, çünki B planeti yoxdur. Braziliyanın Belen şəhərində keçiriləcək COP30-da ölkələrin iqlim dəyişikliyi ilə mübarizə və 1,5 dərəcəlik qlobal istiləşmə hədəfinin qorunması ilə bağlı milli öhdəliklərin həyata keçirilməsini nə dərəcədə sürətləndirdikləri aydın olacaq", - o bildirib.
Oxşar xəbərlər
Saymon Stil: Qlobal əməkdaşlıq nəticələr əldə etməyin yeganə yoludur
Saymon Stil: İqlim maliyyəsi məsələsi Bakıda keçiriləcək COP29-da həll oluna bilər
Saymon Stil: COP29-dakı irəliləyiş iqlim gündəliyində böyük əhəmiyyət kəsb edir
Saymon Stil: Maliyyə iqlim gündəliyində ən vacib mövzulardan biridir
Saymon Stil: COP29 maliyyə üzrə qlobal məqsədlər razılaşdırılmadan bağlanmamalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













