İƏT-in baş katibi: COP29-un uğurlu təşkili bizim üçün qürurvericidir
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Əsəd Məcid Xan ilə görüşüb.
Xarici İşlər Nazirliyindən "Sizinxeber.az"a verilən məlumata görə, görüşdə Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində əməkdaşlığın perspektivləri, habelə ölkəmizin COP29 sədrliyi müzakirə olunub.
Tərəflər arasında BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən görüş xatırlanıb, bu kimi təmasların əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından faydalı olduğu diqqətə çatdırılıb.
İƏT çərçivəsində ətraf mühitin qorunması, yaşıl enerji kimi təşəbbüslərin irəlilədilməsinin əhəmiyyəti qeyd olunub.
Qarşı tərəf Azərbaycan tərəfindən COP29-un uğurla təşkil olunmasının İƏT üçün qürurverici olduğunu bildirib, bu xüsusda ölkəmizi təbrik edib, sədrlik fəaliyyətində uğurlar arzulayıb.
COP29 çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsinin regional və qlobal iqlim səyləri baxımından əhəmiyyəti qeyd olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycanın XİN başçısı İƏT-in Baş katibi ilə ölkəsinin COP29-a sədrliyini müzakirə edib - YENİLƏNİB
Azərbaycan-Kolumbiya əməkdaşlıq perspektivləri, COP29-a sədrlik müzakirə olunub
Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycanın sülh səylərini müzakirə edib - YENİLƏNİB
Azərbaycanın XİN başçısı İƏT-in Baş katibi ilə ölkəsinin COP29-a sədrliyini müzakirə edib
Azərbaycan və Braziliya arasında çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
