Gürcüstanın Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşvilidən
sizinxeber.az xəbər saytı

Gürcüstanın Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşvilidən


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına gürcü xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gün Azərbaycan xalqının milli qürurunun, mətanətinin və əzmkarlığının qüdrətli rəmzidir.

Azərbaycan öz tarixi boyu güclü, müstəqil dövlət kimi beynəlxalq aləmdə nüfuzlu rola malik ölkə olmaq üçün xeyli çətinliklərin öhdəsindən gəlib.

Gürcüstanda biz xalqlarımızı birləşdirən nümunəvi dostluğu və güclü strateji tərəfdaşlığı yüksək qiymətləndiririk. Ölkələrimiz qarşılıqlı hörməti və gələcəyə ümumi baxışı rəhbər tutaraq ardıcıl şəkildə həmrəydirlər.

Gürcüstan Azərbaycanın davamlı inkişafına verdiyi dəstəyə sadiq qalır. Əminəm ki, sıx əməkdaşlığımız sayəsində biz Cənubi Qafqazda davamlı sülhə və sabitliyə mühüm töhfə verə bilərik.

Mən Sizi yaxın gələcəkdə Tbilisidə salamlamaq fürsətini səbirsizliklə gözləyirəm.

Bu mühüm bayram münasibətilə Sizə və Azərbaycan xalqına bir daha ən səmimi təbriklərimi çatdırır, sülh, firavanlıq və davamlı uğurlar arzulayıram.

Hörmətlə,

Mixeil Kavelaşvili

Gürcüstanın Prezidenti

Oxşar xəbərlər

İndoneziya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
İƏT-in Baş katibi İlham Əliyevi təbrik edib
Litva Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Salim bin Məhəmməd əl-Malik: Bu gün olduğu kimi, gələcəkdə də ICESCO Azərbaycana davamlı dəstək göstərəcək
Əlcəzair Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər