Səfir: Ukrayna və Azərbaycan regionda və dünyada ədalətli sülh, sabitlik və rifaha can atır
Ukrayna Azərbaycanın humanitar yardımını, həmçinin ərazi bütövlüyü və suverenliyi məsələlərində dəstəyini yüksək qiymətləndirir.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin Birlik Günü münasibətilə bəyanatında deyilir.
"Biz Ukraynanın ərazi bütövlüyü və suverenliyini ardıcıl olaraq dəstəkləyən, həmçinin humanitar yardım göstərən Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk. Bu, azadlıq və müstəqilliyin həqiqi dəyərini bilən ölkələrimiz və xalqlarımız arasında həmrəyliyin mühüm təzahürüdür", - səfir qeyd edib.
Y.Qusev, həmçinin vurğulayıb ki, Ukrayna və Azərbaycan arasında diplomatik münasibətlər tarixi etimad və hörmətə əsaslanan əməkdaşlığın nümunəsidir: "1918-ci ildə Ukrayna və Azərbaycan bu günə qədər davam edən qarşılıqlı anlaşma yoluna qədəm qoyub. O zaman da, indi də ölkələrimiz öz dövlətçiliyini qorumaq üçün mübarizə aparır, eyni zamanda dostluq və tərəfdaşlıq körpüləri qurur".
Diplomat həmçinin qeyd edib ki, bu gün Azərbaycan və Ukrayna ümumi məqsəd və çağırışları olan strateji tərəfdaşlardır: "Biz Qara dəniz-Xəzər regionunda və bütün dünyada ədalətli sülh, sabitlik və rifaha can atırıq".
Səfir vurğulayıb ki, birlik təkcə əraziləri deyil, həm də insanları birləşdirən təməldir: "Bu çətin dövrdə həmrəyliyə və dəstəyə görə Azərbaycana minnətdarıq".
Oxşar xəbərlər
Prezident: Ərazi bütövlüyü və suverenlik məsələlərində Azərbaycanla Ukrayna qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Ukrayna Kino Günləri keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Ukrayna Prezidentinə təbrik məktubu göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Ukrayna üçün COP29 xüsusi əhəmiyyət kəsb edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya ilə Ukrayna arasındakı humanitar dəhliz bağlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












