Nazir müavini: Azərbaycanın azad edilmiş ərazilərinin bərpası Ukrayna üçün gələcəkdə örnək ola bilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
apr
2025
15:30

Nazir müavini: Azərbaycanın azad edilmiş ərazilərinin bərpası Ukrayna üçün gələcəkdə örnək ola bilər

30 apr, 2025
15:30
399

Nazir müavini: Azərbaycanın azad edilmiş ərazilərinin bərpası Ukrayna üçün gələcəkdə örnək ola bilər

Azərbaycanın azad edilmiş ərazilərini necə bərpa etdiyini izləyirik.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko bildirib.

Onun sözlərinə görə, bu proses Ukrayna üçün gələcək örnəkdir:

"Mən bütün azərbaycanlı dostlarımı və qardaşlarımı Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu, ən böyük nailiyyətdir. Hesab edirəm ki, bu, Azərbaycan xalqı üçün bayramdır, Ukrayna üçün isə nümunədir".

XİN rəsmisi vurğulayıb ki, Azərbaycanla yaxşı dialoq qurublar:

"Mən bu yaxınlarda Azərbaycana işgüzar səfərimi həyata keçirdim. Biz Xarici İşlər Nazirliyində, digər strukturlarda, İqtisadiyyat, Energetika Nazirliyində, Dövlət Neft Şirkətində məsləhətləşmələr apardıq. Bu və digər layihələri müzakirə etdik. Biz Azərbaycandan göstərilən yardımı çox yüksək qiymətləndiririk. Xüsusilə, enerji obyektlərinin, dağıdılmış Ukrayna infrastrukturunun bərpası, uşaqların reabilitasiyasında yardım - bütün bunlar ciddi dəstəkdir. Hazırda da bir qrup buradadır. Bunların hamısını çox yüksək qiymətləndiririk".

Əlavə edib ki, "bu, Prezident İlham Əliyevin şəxsi göstərişidir. Ona görə də bizim üçün qürurvericidir ki, Prezident Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığı yüksək qiymətləndirir".

"Mərkəzi poliklinikada əsaslı təmir ilə yanaşı zirzəmisində, hava hücumundan qorunmaq üçün müasir tipli sığınacaq da yaradılıb," - əlavə edib.

Bizimlə əlaqə saxlayın